Bu gün axşam Yaponiya millisi ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasında yüksək əhval ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, dünən axşam gündoğar ölkədə mətbuat konfransı keçirən millimizin baş məşqçisi Berti Foqts bildirib ki, onun yetirmələrinin bu axşam Yaponiya millisinə qarşı əzmkar mübarizə aparacaqlarına ümid edir. Almaniyalı mütəxəssis eyni zamanda bildirib ki, o və köməkçiləri "Avro-2012"-də Portuqaliya millisinin keçirəcəyi bütün oyunları
izləyəcəklər: " Bundan başqa, Rusiya yığmasının bizim üçün bu çempionatda təhlil
olunmasını düzgün hesab etmirəm. Çünki Dik Advokatın gedişindən sonra
komandada dəyişikliklərin olacağı şübhəsizdir. Mayın 26-da keçiriləcək
Çexiya – İsrail oyununu köməkçim Olaf Yansen, mayın 31-də Almaniya –
İsrail qarşılaşmasını isə özüm izləyəcəyəm. Şimali İrlandiya yığmasının 2
oyununa baxmışıq, digər qarşılaşmalarını da diqqət mərkəzində
saxlayacağıq. İyunun 2-də isə Lüksemburq – Malta oyununu izləyəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB