"Qalatasaray" transferlərə 50 milyon avro ayırıb

"Qalatasaray" transferlərə 50 milyon avro ayırıb
İstanbulun "Qalatasaray" futbol klubunun rəhbərliyi yeni mövsüm üçün transferlərə 50 milyon avro pul ayırıb. Siasport.az saytı xəbər verir ki, mövsümü uğurla başa vuran və yeni mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq İstanbul klubu, Avropada top qovan ulduz futbolçuları heyətinə qatmaq istəyindədir. Türkiyə mətbuatı xəbər verir ki, baş məşçqi Fatih Terim artıq heyətdə görmək istədiyi futbolçuların siyahısını prezident Ünal Aysala təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə