Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milli komandamızın üzvü həlledici görüşdə qazaxıstanlı Narqazi Yussupovu məğlub edib.
Məlumat üçün bildirək ki, ən ağır çəki dərəcəsində yarışan dünya çempionumuz Məhəmmədrəsul Məsidov isə finalda Qazaxıstan təmsilçisi Jan Kosbutskiyə 6:13 hesabı ilə məğlub olaraq 2-ci yerlə kifayətlənib. Apreldə Trabzonda keçirilən Avropa Olimpiya lisenziya turnirində London-2012-yə vəsiqə qazanan Məhəmməd Abdulhəmidov (56 kq) isə ¼ finalda rusiyalı dünya çempionu Sergey Vodopyanova uduzub. Döyüş 8:8 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB