Ukrayna klubu "Beşiktaş"ın portuqaliyalı futbolçusuna sərfəli müqavilə təklif edib

Ukrayna klubu "Beşiktaş"ın portuqaliyalı futbolçusuna sərfəli müqavilə təklif edib

İstanbulun "Beşiktaş"klubunda komandadan gedib-getməyəcəyi hələ də müzakirə olunan futbolçulardan biri də Simao Sabrosadır. Siasport.az saytının Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə ,portuqaliyalı futbolçuya Ukraynadan gözlənilməz bir təklif gəlib. "Beşiktaş"ın portuqaliyalı ulduzunu Ukraynanın "Dnepr" komandası transfer etmək istəyinə düşüb. S.Sabroza üçün illik 2.5 milyon avro ödəməyi qəbul edən "Dnepr", artıq bu istəyini İstanbul klubuna rəsmi şəkildə çatdırıb. Ukrayna komandası UEFA Avropa Liqasında iddialı bir komanda kimi çıxış etmək üçün ulduz futbolçuları heyətinə cəlb etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə