Əziz Yıldırım yenidən "Fənərbaxça"nın prezidenti seçildi, yaxın ətrafı istefa verdi!
Hazırda həbsxanada cəza çəkən Əziz Yıldırım daha 5 illiyinə "Fənərbaxça"nın prezidenti postunda əyləşəcək. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"nın dünən keçirilən qurultayında prezidentliyə tək namaizəd olan Ə.Yıldırım böyük səs çoxluğu ilə yenidən prezidentlik postunu əlində saxlayıb. Maraqlı məqam ondan ibarətdir ki, Ə.Yıldırımın ən yaxın ətrafı sayılan və "Fənərbaxça"nın ən ağır günlərində komandanı idarə edən klubun vitse prezidentləri Ali Koç və Nihat Özdəmir partiya rəhbərliyindən istefa veriblər. Onlar bunu ailə problemləri ilə əlaqələndirsələr də, Türkiyə mətbuatı bu iki "Fənərbaxça" rəhbərinin istefasının arxasında ciddi qaranlıq məqamların olduğunu yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB