Olimpiya məşəli Britaniyaya gətirildi

Olimpiya məşəli Britaniyaya gətirildi

2012-ci il yay Olimpiya oyunlarının məşəli Böyük Britaniyaya çatdırılıb. "Röyters" agentliyi xəbər verir ki, alov Afinadan xüsusi olaraq "British Airways" reysilə gətirilib.


Təyyarə Britaniya Hərbi Hava Qüvvələrinin Kornyoll qraflığındakı "Kaldrouz" bazasında yerə enib. Çoxsaylı nümayəndə heyətinin tərkibində şahzadə Anna da olub. Məşəli isə məşhur futbolçu Devid Bekhem alovlandırıb.


Bu gün isə Böyük Britaniya torpağında məşəlin 12,8 min kilomet məsafənin aparılmasına başlanılır. 70 gün ərzində daşınacaq alovu ilk olaraq üçqat olimpiya çempionu, britaniyalı yaxtaçı Ben Eynsli aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə