Atletika üzrə Bakı şəhər birinciliyi çərçivəsində “Qüds bizimdir” aksiyası keçirilib
Bugün Atletika üzrə Bakı şəhər birinciliyi çərçivəsində "Qüds bizimdir" adlı yarış keçirilib. Siasport.az saytının verdiyi xəbərə görə tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, xarici işlər nazirliyinin nümayəndələri və başqa qonaqlar iştirak ediblər.
Yarışda marş sədaları altında parad iştirakçıları mərkəzə daxil olub, daha sonra 1500 m məsafəyə qaçışa start verilib. Qaçışda veteran idmançı və oğlanlar iştirak ediblər.
Tədbirdə çıxış edən Azad Rəhimov bildirib ki, "Qüds Bizimdir tədbirini keçirməklə dünyaya bildirmək istəyirik ki, baş verənlər bizi narahat edir: "2012-ci il idman ilidir. Çünki Azərbaycan London Olimpiya Oyunlarında 52 iştirakçı ilə iştirak edəcək. İdman sahəsində uğurlarımızın davamlı olacağına inanıram".
Tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə qeyd edib ki, bu yarışın siyasi əhəmiyyəti də var: "Çünki Qüds şəhərinin müqəddəratı həll olunmayıb. Qüds şəhəri bütün dinlərin mərkəzi kimi qəbul olunub, bütün müsəlman ölkələrində belə formatda tədbirlərin keçirilməsi islam ölkələrinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır. Biz də bir müsəlman dövləti və islam həmrəyliyi təşkilatı üzvü kimi, bu tədbiri keçiririk".
Tədbirin sonunda idmançılar mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB