47-ci Avropa çempionatında Azərbaycan idmançıları uğurla çıxış edib

47-ci Avropa çempionatında Azərbaycan idmançıları uğurla çıxış edib

Azərbaycan yığma komandası İspaniyanın Tenerife adasında keçirilən 47-ci Avropa çempionatında iştirak edib. Azərbaycan Karate Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, yığma komandanın tərkibində kişilər arasında kumite üzrə Ələkbərli Tural (-60 kq), Əliyev Niyazi (-67 kq), Ağayev Rəfael (-75 kq), Mamayev Ayxan (-84 kq), Atamov Şahin (+84 kq),qadınlar arasında isə Qasımova İlahə (-55 kq) çıxış edib. Qurbanlı Asiman və Əliyev Sənan komanda yarışlarında, Balcanlı Tural isə, kişilər arasında kata üzrə yarışa qatılıb.

Qeyd edək ki, Əliyev Niyazi (-67 kq) yalnız yarımfinalda Fransalı idmançıya güzəştə gedərək 3-cü yeri tutub. Ağayev Rəfael (-75 kq) yarımfinal mərhələsində hollandiyalı idmançıya minimal 0:2 hesabı ilə məğlub olaraq bürünc medala sahib olub.

Hamının maraqla gözlədiyi Mamayev Ayxan (-84 kq) uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, Gənclər üzrə Dünya və Avropa çempionu titullarına baxmayaraq Ayxan finala çıxmaqla hamını təəccübləndirə bilib. 4 görüşdə inamlı qələbə qazanaraq yalnız finalda təcrübəli yunan rəqibi Tsanosa güzəştə gedən idmançı 2-ci olub.

Məlumat üçün bildirək ki, komanda yarışlarında yığma komandamız birinci dövrədə Danimarka komandası (3:0) üzərində qələbə çaldı, ikinci görüşdə Fransa komandasını 2:1 hesabı ilə məğlub edib. Komandamız yalnız cərimə xallarının sayına görə Türkiyəyə güzəştə getməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə