Ronaldo  “Real”dan gedəcəyini açıqladı!

Ronaldo “Real”dan gedəcəyini açıqladı!

"Real Madrid"in ulduz futbolçusu Kristian Ronaldo koryerası ilə bağlı xüsusi açıqlamalar verib. Siasport.az saytının Britaniya mətbuatına istinadən verdiyi xəbərə verir ki, Portuqaliyalı ulduz, komandadan ayrılıb-ayrılmayacağı mövzusunda verilən suala, \"Dürüst olmaq lazım gəlsə deməliyəm ki, \"Real\"dan ayrılmağım hər an baş verə bilər. Çünki gələcəkdə nə ola biləcəyini heçkim bilməz\" fikirlərini ifadə edərək fikirləri qarışdıran bir şərh edib. Qeyd edək ki, 2009-ci ildə "Mançester Yunayited"dən 80 milyon pounda "Real Madrid"ə transfer olan Portuqaliyalı futbolçu 144 oyunda 146 qolu aktivinə yazdırıb. Ronaldo, \"Özümü burada xoşbəxt hiss edirəm. Mükəmməl bir klub və fantastik bir tərəfdara sahib. Ancaq kimsə nə olacağını bilməz\" deyib.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə