\"Neftçi\"dən çempionluğa yaraşmayan oyun..

\"Neftçi\"dən çempionluğa yaraşmayan oyun..
Dünən futbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, \"Neftçi\" və \"Bakı\" arasında keçirilən final mübarizəsində, gülən tərəf \"Bakı\" komandası olub. Paytaxt təmsilçisi \"ağ qaralar\"ın qapısından 2 cavabsız qol keçirərək kuboka sahib olub.

Qarşılaşmada diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, son ölkə çempionu bu qarşılaşmada olduqca zəif oyun nümayiş etdirərək, həm özü haqqında ciddi şübhələrə yol açdı, həm də son günlər haqqında deyilən \"güclü komanda\" deyiminin sadəcə tərifli mifdən başqa bir şey olmadığını isbatlamış oldu. Bu oyun fəlsəfəsi ilə \"Neftçi\"nin UEFA Çempionlar Liqasında bir mərhələ keçməsini arzulamaq belə, xəyaldan başqa bir şey deyil.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com