"Milan" təcrübəli kapitanı ilə müqavilə müddətini uzatdı

"Milan" təcrübəli kapitanı ilə müqavilə müddətini uzatdı
İtaliyanın "Milan" futbol klubu 35 yaşlı kapitanı Massimo Ambrozini ilə müqavilə müddətini uzadıb. Siasport.az saytı xəbər verir ki, Milan təmsilçisi təcrübəli kapitan ilə gələn ilin sonuna qədər əməkdaşlıq edəcək. Xatırladaq ki, İtaliya klubu Alessandro Nesta, Cennaro Qattuzo, Filippo İnzagi, Klarens Zeedorf, Canluka Zambrotta və Mark van Bomellə yollarını ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə