Karlos Tevez: \"Aleks Fergusyon özünü İngiltərənin sahibi kimi aparır\"

Karlos Tevez: \"Aleks Fergusyon özünü İngiltərənin sahibi kimi aparır\"
\"Mançester Siti\"nun argentinalı futbolçusu Karlos Tevez, İngiltərədə yenə qalmaqalla gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl \"Mançester Siti\"nin çempionluğunu elan etməsi zamanı K.Tevezin, təntənəli mərasimdə əlində \"Rahat yat qəbirdə Ferqusyon\" yazısı olan şüar tutması, İngiltərədə ciddi skandala səbəb olub.

Məsələ burasındadır ki, bir həftə öncə, \"Mançester Yunayted\"in baş məşqçisi Aleks Ferqusyonun \"Mən sağ olduğum müddətdə \"Mançester Siti\" heç vaxt \"Mançester Yunayted\"i qabaqlaya bilməz\" açıqlaması ilə çıxış etmişdi. \"Mançester Siti\" çempion olduqdan sonra isə K.Tevez bu cür hərəkət edərək, sanki keçmiş baş məşqçisinə qarşı acıq göstərməyə çalışırdı. Onun bu addımı artıq İngiltərə Futbol Federasiyası tərəfindən də ciddi şəkildə pislənilib və futbolçuya ciddi cəza veriləcəyi qərara alınıb. K.Tevez isə buna ciddi etiraz edərək bildirib ki, dediklərindən qətiyyən peşiman deyil. O bildirib ki, A.Fürğusyon özünü İngiltərənin sahibi kimi aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə