\"Atletiko Madrid\" \"Qalatasaray\"ın ulduz futbolçusuna \"elçi düşüb\"

\"Atletiko Madrid\" \"Qalatasaray\"ın ulduz futbolçusuna \"elçi düşüb\"
Deyəsən bu gedişlə İspaniyanın \"Atletiko Madrid\" futbol kubu daha çox türk futbolçulardan ibarət olacaq. Siasport.az saytı xəbər verir ki, keçmiş \"Qalatasaray\"lı Arda Turanı heyətinə qatan Madrid təmsilçisi, bir az öncə \"Fənərbaxça\"lı Emre Belazoğlunu da transfer etmək niyyətində olduğunu menecerləri vasitəsi ilə dilə gətirmişdi.

İndi isə məlum olub ki, \"Atletiko\"nun hədəfində olan növbəti futbolçu \"Qalatasaray\"ın ulduz futbolçusu Selçuk İnandır. Bu mövsüm \"Qalatasaray\"ın çempionluğunda önəmli pay sahibi olan S.İnanı transfer etmək istəyən Madrid təmsilçisi, \"cim bom\"a 8 milyon avroluq transfer qiyməti təklif edib. Türkiyənin nüfuzlu \"Fotomaç\" idman saytı yazır ki, \"Atletiko\"lu menecerlər, futbolçunun meneceri Batur Altıparmaqla danışıqlara başlayıblar. İdman saytı yazır ki, baş məşqçi Fatih Terim bu transferə qarşıdır. \"İmperator\", \"Qalatasaray\"ın UEFA Çempionlar Liqasında ağır qarşılaşmalar keçirəcəyini önə sürərək S. İnanın komandada qalmasında israr edir.

Bütün xəbərlər Facebook səhifəmizdə