Azərbaycan yığması sabah Bolqarıstan millisi ilə qarşılaşacaq

Azərbaycan yığması sabah Bolqarıstan millisi ilə qarşılaşacaq

Kişinyov şəhərində təşkil olunmuş "FA of Moldova Cup" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması dünən ikinci oyununu keçirib. Siasport.az saytının məlumatına görə yığmamız moldovalı həmyaşıdları ilə qarşılaşıb. Qarşılaşma bərabərliklə 0:0 hesabı ilə bitib. Qeyd edək ki, oyunçularımız turnirdə növbəti oyununu may ayının 19-da, Bakı vaxtı ilə saat 13:00-da Bolqarıstan yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə