Nazir: “London olimpiadasında medalların sayı 9-dan az olmamalıdır”

Nazir: “London olimpiadasında medalların sayı 9-dan az olmamalıdır”

Bu il ölkədə "İdman ili" ilə bağlı müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulur. SİA-nın xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov deyib ki, cari il ərzində ən əsas tədbir iyul ayında keçiriləcək London yay olimpiya oyunlarıdır. Nazirin sözlərinə görə, bundan əlavə, Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan mayın 23-də Kanadanın şəhərlərindən birində Bakı şəhərinin 2020-ci il olimpiya oyunlarına namizədliyi ilə bağlı tədbirdir: "Biz inanırıq ki, təqdim olunan sənədlər və aparılan işlər buna imkan verəcək. Bakıda idman ili çərçivəsində çoxlu tədbirlər görülür. İlk dəfə olaraq voletur təşkil olunub və ilin sonuna kimi müxtəlif və silsilə tədbirlər təşkil olunacaq".

A.Rəhimov qeyd edib ki, Azərbaycanın proqnozlarına əsasən, London olimpiadasında medalların sayı 9-dan az olmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə