Bu gün Azərbaycan kubokunun final matçı keçirilib. Həlledici görüşdə "Neftçi" və "Bakı" qarşılaşıb. Hər iki komanda Avrokuboklara vəsiqə qazansa da, əzəli rəqiblərin bu "dueli" də maraqlı olub.
Oyunun taleyi isə ilk yarıda həll olunub. Koke və Juniorun vurduğu qollar "Bakı"ya üçüncü dəfə ölkə kubokunu qazandırıb.
Beləliklə, bu mövsüm Azərbaycanı Çempionlar Liqasında "Neftçi", Avropa Liqasında isə "Baki", "Xəzər Lənkəran" və "İnter" təmsil edəcək.
"Neftçi" - "Bakı" - 0:2
Qollar: Koke, 8 (0:1), Junior, 28 (0:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Elman Musayev, Fariz Yusifov
Bakı. "Dalğa Arena"
"Neftçi": 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 22. Fərid Quliyev, 27. Rəşad Abdullayev
"Bakı": 16. Aqil Məmmədov, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Çesnauskis Deividas, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 20. Elşad Manafov, 24. Nenad Kovaçeviç, 36. Uinston Parks, 77. Aleksandar Soliç, 98. Sergio Pardo
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB