Olimpiya məşəlinin estafeti başa çatdı

Bu gün iyulun 27-dən avqustun 12-dək Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarının məşəlinin Yunanıstanın Olimp dağlarından başlanan ənənə yolçuluğu başa çatıb. Mayın 10-dan start götürmüş estafet Yunanıstanın müasir dövrdə ilk olimpiya oyunlarının keçirildiyi məşhur "Panatinakos" stadionuna gətirilib.


Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı xəbər verir ki, məşəlin 7 gün ərzində davam edən yolçuluğu təxminən 3 min kilometrlik məsafəni əhatə edib. Qaydaya uyğun olaraq, onunla 1896-cı ildə ilk olimpiya oyunlarının keçirildiyi "Panatinakos"dakı məşəl də alovlandırılıb. Daha sonra estafetin Böyük Britaniyaya verilməsi rəsmiləşdirilib.


Qeyd edək ki, olimpiya məşəlinin Yunanıstanın Pelopennes yarımadasındakı məşhur Olimp dağında baş tutan ənənəvi alovlandırılması mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roq, Yunanıstanın Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, "London-2012"nin təşkilat komitəsinin rəhbəri Sebastiyan Koe və digər tanınmışlar iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə