"Qəbələ" futbol klubunun meneceri Zaur Əzizov "Deon Barton, Qrem Smit, Stil Olfes, Arif İsayev və Saşa Yunisoğlunun bizimlə müqaviləsi başa çatıb. İlk 3 futbolçuynan müqavilənin müddətini uzatmamaq qərarına gəldik". Klub rəsmisinin siasport.az saytina verdiyi musahibəyə görə, İsayevlə bağlı baş məşqçi ilə bir daha danışıq aparılacaq: "İstəyirik ki, klubumuzda millinin üzvlərinin sayı daha çox olsun. Bildiyiniz kimi, Arif də millinin futbolçusudur. Odur ki, onun məsələsi ilə bağlı baş məşqçi Fatih Kavlakla danışmaq istəyirik". Əzizov Saşa Yunisoğluya da yeni müqavilə təklif etmək istədiklərini ifadə etsə də , futbolçunun buna necə reaksiya verəcəyi hələ məlum deyil. "Saşa da Arif kimi milli üzvü olduğundan, onun da "Qəbələ"də qalmasında maraqlıyıq. Ancaq o, bu yaxınlarda ailə həyatı qurduğundan, ola bilsin ki, paytaxt klublarının birində oynamaq istəsin. Hər halda, bu məsələyə də yaxın günlərdə aydınlıq gələcək" deyə bildirib.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB