Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi “İdman ili”ni yüksək səviyyədə qeyd etmə hazırlaşır

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi “İdman ili”ni yüksək səviyyədə qeyd etmə hazırlaşır
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi "İdman ili"ni yüksək səviyyədə qeyd etmə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bununla bağlı idarənin və şəbəkəyə daxil olan mədəniyyət müəssisələrinin 2012-ci ilin "İdman ili" elan olunması ilə əlaqədar tədbirlər planı da hazırlanıb.
Plana uyğun olaraq "İdman gözəllik və sağlamlıqdır", "İdman bizim həyatımızdır" devizi ilə kütləvi tədbirlər, ailəvi əyləncəli idman yarışları, idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri arasında idman yarışları, "Fərəh doğuran uğurlar", "Azərbaycan idmanı" və digər mövzularda sərgilərin açılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə