“İnter” futbol komandası  iyunun 1-də Türkiyəyə yollanacaq

“İnter” futbol komandası iyunun 1-də Türkiyəyə yollanacaq
Hazırda istirahət edən Bakının "İnter" futbol komandasının üzvləri təlim-məşq toplanışı keçirmək məqsədi ilə iyunun 1-də Türkiyəyə yollanacaqlar.
Siasport.az saytı klubunun rəsmi saytına istinadən xəbər verir ki, İzmit şəhəri yaxınlığındakı Kartepe rayon mərkəzində yerləşən otel stadionunda məşq prosesinə start verəcək baş məşqçi Kaxaber Tsxadadzenin yetirmələri iki yoldaşlıq matçı da keçirəcəklər. Qeyd edək ki, komandamızın rəqiblər hələ müəyyənləşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə