2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı kanoe növündə 3 idmançı təmsil edəcək
Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya təsnifat turniri keçirilir. Siasport.az saytı Azərbaycan Milli Avarçəkmə Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycanı kanoe növündə təmsil edən Adnan Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.
A.Əliyev 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşlərə qatılıb. 29 yaşlı kanoeçimiz seçmə yürüşdə bu məsafəni 4 dəqiqə 11,489 saniyəyə qət edərək altıncı olub. O, birbaşa finala adlaya bilməsə də, yarımfinalda da mübarizə aparıb. Bu dəfə isə idmançımız finişə 4 dəqiqə 14,416 saniyəyə çatıb. Finala ilk 3 yeri tutanlar yüksəlib. Kanoeçimiz isə 5-ci olduğundan həlledici yürüşdən kənarda qalıb.
Beləliklə, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı kanoe növündə Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin təmsil edəcəyi dəqiqləşib. V.Demyanenko 1 nəfərlik qayıqla 200 metr, Bezuqlıy – Prokopenko cütlüyü isə 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşlərə qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB