Karles Puyol \"Avro-2012\"də iştirak edəcək?

Karles Puyol \"Avro-2012\"də iştirak edəcək?
Bir neçə gün bundan əvvəl futbol üzrə Avropa Çempionatına aparacağı heyəti açıqlayan İspaniya millisinin baş məşqçisi Visente del Boske, nədənsə \"Barselona\"dan futbolçu çağırmağı yaddan çıxarmışdı. Siasport.az saytı xəbər verir ki, baş məşqçinin bu addımı mətbuatda və futbol ictimaiyyətində ciddi təəcübə səbəb olmuşdu. Amma D.Boske dünən yeni bir açıqlama ilə çıxış edərək, katalon klubunun müdafiəçisi Karles Puyolun adını \"Avro-2012\"yə aparacağı 23 futbolçu sırasına daxil edəcəyini istisna etməyib.
La Liqanın 37-ci turunda \"Espanyol\"la matçda ayağından zədələndiyi üçün əməliyyat olunan Puyol hazırda fərdi qaydada məşqlərə başlayıb. Bu isə onun tezliklə futbol oynaya biləcəyindən xəbər verir. Halbuki əvvəlcə həkimlər Puyolun \"Avro-2012\"ni buraxacağını bildirmişdilər. \"Puyolun Avropa çempionatına getmək şansı var. Əlbəttə, onun üçün bir qədər çətin olacaq. Amma yekun qərarımızı biz mayın 27-də verəcəyik\" - deyə del Boska bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə