\"Mançester Siti\" bu mövsüm təkcə televizya reklamından 60,6 milyon funt-sterlinq qazanıb

\"Mançester Siti\" bu mövsüm təkcə televizya reklamından 60,6 milyon funt-sterlinq qazanıb

Mövsümü İngiltərə Premyer Liqasının qalibi olan \"Mançester Siti\" klubu daha bir rekorda imza atıb. Siasport.az saytının Britaniya mətbuatına əsasən verdiyi məlumata görə, \"şəhərlilər\"in bu çempionluğu maliyyə baxımından da vəziyyətlərini xeyli yaxşılaşdırıb. Premyer Liqanın sonuncu - 32-ci turunda öz meydanında 3:2 hesabla məğlub edən \"Mançester Siti\"nin sadəcə televizya reklamından qazancı 60,6 milyon funt-sterlinq olub. Xatırladaq ki, Premyer Liqanı sonuncu pillədə başa vuran \"Vulverhempton\" klubu isə televiziya reklamından 39 milyon funt-sterlinq gəlir əldə edib. \"Mançester Siti\"nin əldə etdiyi gəlir 20 illik Premyer Liqa tarixində yeni rekord qırıb.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə