Roy Hodson şaiyələrə son nöqtəni qoydu

Roy Hodson şaiyələrə son nöqtəni qoydu
İngiltərə Milli Komandasında Fabio Kapellonun yerinə vəzifəyə gələn Roy Hodson, "Mançester United"in kapitanı Rio Ferdinandı heyətə qoşulub –qoşulmayacağı haqqında çıxan şaiyələrə son nöqtəni qoyub. Siasport.az saytının İngiltərə mətbuatına əsasən verdiyi xəbərə görə, Roy Hodson təcrübəli oyunçuya çərşənbə axşamı gecəsi zəng edərək, milli komandanın 23 nəfərlik heyətində olmadığını deyib. Klubun heyətinə Rio Ferdinandın yerinə,"Çelsi"nin kapitanı Con Terrinin alınacağı bildirilib. Rio Ferdinandın heyətə alınmamaq səbəbinin isə yaşının çoxluğu və zədələr alması göstərilib. Qeyd edək ki, 33 yaşındakı ulduz oyunçu, İngiltərə Milli Komandasının formasını 81 dəfə geyinib və kapitanlığına qədər yüksəlib.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə