Nuri Şahin "Qalatasaray"a gəlməyə hazır olduğunu açıqladı!

Nuri Şahin "Qalatasaray"a gəlməyə hazır olduğunu açıqladı!
Madridin "Real" futbol klubunun türkiyəli forvardı Nuri Şahin, "Qalatasaray"a transfer olunması ilə bağlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, kral klubunda daha çox ehtiyat oyunçular skamyasında gün keçirən N.Şahin bildirib ki, əgər "Real"dan ayrılsa, ilk seçimi məhz "Qalatasaray" olacaq. Futbolçu koryerasında F.Terimin böyük əməyinin olduğunu deyən N.Şahin vurğulayıb ki, əgər F.Terim onu "Qalatasaray"a dəvət edərsə, o "imperator"un sözündən çıxa bilməyəcək. Almaniyaya dönmək istəmədiyini deyən N.Şahin, şərtlər uyğun olarsa "Qalatasaray"a gəlməyə hazır olduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə