Fatih Kavlak daha bir il \"Qəbələ\"nin sükanı arxasında olacaq

Fatih Kavlak daha bir il \"Qəbələ\"nin sükanı arxasında olacaq

"Qəbələ" futbol klubu baş məşqçi Fatih Kavlakla müqavilənin müddətini bir il daha uzatmaq qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, bu barədə qərar "Qəbələ" klubunun prezidenti Tale Heydərovun iştirakı ilə keçirilən iclasdan sonra qəbul olunub.

Qeyd edək ki, F.Kavlak "Qəbələ"də 2010-cu ildə baş məşqçinin köməkçisi kimi fəaliyyətə başlasa da, keçən ilin noyabrında komandanın baş məşqçi postuna təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə