AFFA-nın İntizam Komitəsində hansı məsələlər müzakirə olunub?

Dünən AFFA-nın İntizam Komitəsinin toplantısı keçirilib. Siasport.az saytı xənər verir ki, iclasda Unibank Premyer Liqasının son turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

"Xəzər- Lənkəran" – "Qarabağ" matçının 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Elvin Begiri ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə olunub.

"Neftçi" – "Qəbələ" oyununun 18-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimələnib. AZAL – "Turan" matçının 18-ci dəqiqəsində qonaqların mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev, 75-ci dəqiqəsində isə meydan sahiblərinin baş məşqçisi Vaqif Sadıqov hakimin qərarına emosional şəkildə etiraz etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Onların hər ikisi 1 oyunluq cəzalanmış və klublar 1000 manat cərimə ediliblər. Oyunun 75-ci dəqiqəsində meydandan qovulan AZAL-ın futbolçusu Tales Şutz 1 oyunluq cəzalanmaqla yanaşı, komandasını 200 manat ziyana salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə