"7 yaşımdan "Beşiktaş"lıyam"

"7 yaşımdan "Beşiktaş"lıyam"
Türkiyənin daha bir dövlət xadimi azarkeşi olduğu komandanın adını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, Türkiyənin Baş nazirinin müavini Bülent Arınç, hələ 7 yaşından "Beşiktaş"lı olduğunu bu gün açıq şəkildə dilə gətirib. Öz iqamətğahında "Beşiktaş" prezidenti Fikret Ormanı və klubun digər rəhbərlərini qəbul edən B.Arınç bildirib ki, "qara qartal"ın hazırkı durumu onu çox narahat edir və ümid edir ki, yeni prezidentin gəlişi ilə "Beşiktaş" yenidən yüksəlişə keçəcək. Klub prezidenti B.Arınça üzərində B.Arınçın adı yazılmış 16 nömrəli formanı hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə