"Neftçi" Çempionlar Liqasında hansı komandalarla qarşılaçacaq?

"Neftçi" Çempionlar Liqasında hansı komandalarla qarşılaçacaq?

Bu il ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək Bakının "Neftçi" klubunun potensial rəqibləri artıq müəyyənləşməkdədir. Siasport.az saytı xəbər verir ki, "ağ qaralar"la birgə artıq II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 31 komandadan 25-nin adına aydınlıq gəlib. Son Azərbaycan çempionunun püşkatma zamanı səpələnməmişlər sırasında olacağ dəqiqləşib. Bu isə "Neftçi"nin II təsnifat mərhələsində nisbətən güclü rəqiblərlə qarşılaşma ehtimalını artırır.

Səpələnmişlər: "Helsinqborq" (İsveç), "Slaşk" (Polşa), BATE (Belarus), "Dinamo" (Xorvatiya), HİK (Finlandiya), "Ventspils" (Latviya), AEL (Kipr), "Partizan" (Serbiya), "Bazel" (İsveçrə), "Ekranas" (Litva), "Zalsburq" (Avstriya), "Debretsen" (Macarıstan), "Slovan" (Çexiya), "Hapoel" (Kiryat-İrona, İsrail), "Maribor" (Sloveniya)

Səpələnməmişlər: "Neftçi" (Azərbaycan), "Şemrok Rovers" (İrlandiya), "Flora" (Estoniya), "Şaxtyor" (Qazaxıstan), "Uliss" (Ermənistan), "Reykyavik" (İslandiya), TNS (Uels), "Molde" (Norveç), "Skenderbeu" (Albaniya), "Jelezniçar" (Bosniya və Herseqovina)

Bütün xəbərlər Facebook səhifəmizdə