Joze Maurinyo yenə iddialı danışdı!

Joze Maurinyo yenə iddialı danışdı!

Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo, yenə iddialı açıqlamalarla İspaniya mətbuatının gündəminə gəlib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisi "AS" qəzetinə açıqlamasında iddia edib ki, onlar 2014-cü ilə qədər Çempionlar Liqasını qazanacaqlar: "Bir neçə dəfə ÇL-in yarımfinalında mübarizəni dayandırmışam. Bununla belə, tanrı mənə çempion olmağı nəsib edib. Mən iki dəfə bu kuboku başım üzərimə qaldırmışam. "Real"da bəzi futbolçular var ki, onlar da bu sevinci yaşayıblar. Ancaq mən "Real"a 10-cu çempionluğu qazandırmaq istəyirəm. Əgər bu mövsümkü çıxışımızı davam etdirsək, 2014-cü ilə qədər ÇL-i qazanacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə