Felipe Melo \"Qalatasaray\"la vidalaşır?

\"Qalatasaray\"ın çempion olmasında önəmli rol oynayan futbolçulardan biri İstanbul klubunu tərk etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, Türkiyə klubunun keçən il \"Yuventus\"dan icarəyə götürdüyü braziliyalı Felipe Melo, dünən istirahət üçün Braziliyaya yollanıb. Amma maraqlısı budur ki, braziliyalı futbolçu öz şəxsi Twitterindən \"Qalatasaray\" azarkeşlərinə səsələnərək, ona göstərdikləri dəstəyə və sevgiyə görə onlara minnətdarlıq edib. Braziliyalı legioner, eyni zamanda bir daha geri dönüb-dönməyəcəyinin də sual altında olduğunu açıqlayıb. Xatırladaq ki, \"Qalatasaray\" rəhbərliyi F.Melonu birdəfəlik transfer etmək üçün \"Yuventus\" rəhbərliyi ilədanışıqlar aparsa da, hələlik tərəflər maliyyə məsələsində razılığa gələ bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...