Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Qubada şaolin döyüş növü üzrə beynəlxalq turnirə start verilib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının təşkilatçılığı ilə Qubada keçirilən beynəlxalq turnirdə respublikamız 3 komanda ilə təmsil olunub. Turnirdə həmçinin Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və İrandan olan komandalar qüvvəsini sınayıb. İki gün davam edən yarışa Azərbaycan da daxil olmaqla 6 ölkədən 200-ə yaxın idmançı qatılıb. Qeyd edək ki, yeniyetmə, gənclər və böyüklər arasında keçirilən yarışa 30 çəki dərəcəsi üzrə ümumilikdə 200-dək idmançı qatılıb.
Olduqca gərgin keçən qarşılaşmalarda Azərbaycan komanda hesabı ilə birinci yerə çıxıb. 2-ci yerə Özbəkistan, 3-cü yerə isə Gürcüstan idmançıları sahib olub. Qaliblər kubok, diplom və hədiyyələrlə mükafatlandırılıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB