"Mançester Yunayted"dən üç futbolçuya 50 milyon funt-sterlinq

"Mançester Yunayted"dən üç futbolçuya 50 milyon funt-sterlinq

İngiltərənin "Mançester Yunayted" klubu son Almaniya çempionu "Borussiya" (Dortmund) klubunun 3 futbolçusuna "elçi" düşüb.


"Daily Mail" qəzetinin verdiyi məlumata görə, Mançester təmsilçisi "Borussiya"dan Şinci Kaqava, Robert Levandovski və Marts Hummelsi heyətinə qatmaq niyyətindədir.


"Mançester Yunayted"in hər üç futbolçunun transferinə 50 milyon funt-sterlinq xərcləməyə hazır olduğunu açıqlayıb. "Borussiya"nın polşalı hücumçusu Robert Levandovskinin meneceri Maik Barthel də futbolçunun Premyer Liqaya üz tutacağını təsdiqləyib.


Qeyd edək ki, Dortmund təmsilçisi isə adı çəkilən üç futbolçudan yalnız Kaqavanın komandadan ayrılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə