Avropa İttifaqının xarici təhlükəsizlik və xarici siyasət məsələləri üzrə alı nümayəndəsi Ketrin Eşton Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri şurasının Ukraynada keçiriləcək "Avro-2012"-ni boykot eməsi məsələsinin müzakirəyə çıxaracağı xəbərini təsdiqləyib. "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, xanım Eşton bu fikirləri mayın 14-də Brüsseldə Aİ-yə üzv olan XİN rəhbərlərinin iclasından əvvəl səsləndirib.
Bu arada İsveçin xarici işlər naziri Karl Bildt bəyan edib ki, Aİ "Avro-2012"-ni siyasi boykotdan da sərt qərarlar verməlidir. Bildtin sözlərinə görə, Ukrayna Belorusun vəziyyətinə düşə bilər. O, Ukraynanın siyasi rəhbərliyinə qarşı sanksiyaların tətbiq olunması versiyasını da istisna etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB