Azərbaycan idmançıları böyük fərqlə Erməniləri məğlub etdi - EKSKLÜZİV - FOTOLAR
17-22 aprel tarixində Türkiyənin Antaliya şəhərində Muaythai idmanı növü üzrə 7-ci Avropa Çempionatı keçirilib. Bu barədə SİA-ya Beynəlxalq dərəcəli idman ustası, məşqçi və artıq Beynəlxaql dərəcəsi hakim statusuna sahib olan Vüqar Əsədov məlumat verib. Onun sözlərinə görə, yarış 38 ölkə arasında keçirilib. Onların sırasında Azərbaycan da olub.
Ölkəmizi təmsil etmək üçün Türkiyəyə Azərbaycan Muaythai Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərliyi altda 10 nəfərdən ibarət heyət yola düşüb. Onların sırasında baş məşqçi Şahin Əliyev, idmançılar Orxan Baxşəliyev, Nahid Əsədov, Neymət Qazbəyov, Qubadlı İdman klubunun məşqçisi Rəhim Abbasəliyev və Beynəlxaql dərəcəsi hakim statusuna sahib Əsədov Vüqar var idi. .
Məşqçimiz açıqlaması zamanı ölkəmizin uğurlu çıxış etməsini xüsusi ilə vurğuladı. O, bildirib ki, heyətdə 3 idmançı 1-ci, 1 idmançımız isə 2-ci yerə layiq görülüb.
Finalda 2 idmançı erməni idmançıları ilə yarışıb. Orxan Baxəşliyev yüksək xall üstünlüyü ilə qalib gəlib, Neymət Qazbəyov isə erməni idmançısını 1 dəqiqə müddətində nakaut edərək, tam üstünlüklə məğlub edib. Qubadlı İdman klubunun məşqçisi Rəhim Abbasəliyev tərəfindən hazırlanan "Qızıl oğlan" ləqəbli Nahid Əsədov da 1-ci yerə layiq görülüb. Rauf Nəcəfov isə 2-ci yerə sahib olub. Beləliklə idmançılarımız Azərbaycan bayrağını dalğalandırıblar.
Agentliyimizə məlumat verən Vüqar səfər zamanı daha bir uğur yaşadığı dilə gətirib: "Mən həmin yarışda hakim heyətində keçirilən seminarda iştirak etdim. Elə həmin seminarda 1-ci dərəcəli Beynəlxalq Hakim statusunu qazandım. Bu qələbələrimizə görə, bizə dəstək verən federasiyamızın prezidenti Azər Həsənsoya dərin minnətdarlığımzı bildiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB