"Fənərbaxça"ya ağır cəza veriləcək!

"Qalatasaray"la keçirilən son qarşılaşmada, "Şükrü Saracoğlu" stadionunun tribunalarını cəhənnəmə döndərən, hər yeri dağıdaraq xarabalığa çevirən "Fənərbaxça" azarkeşləri, komandalarını ciddi təhlükə ilə üz-üzə qoyublar. Siasport.az saytı xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) baş verən hadisələrlə bağlı "Fənərbaxça"ya ciddi cəza verməyə hazırlaşır. Türkiyə mətbuatı yazır ki, federasiya "Şükrü Saracoğlu" stadionunun gələn mövsüm ən azı 5-6 oyunluq "Fənərbaxça" azarkeşlərinin üzünə bağlanmasına və İstanbul klubunun boş tribunalar qarşısında çıxış etməsinə dair qərar verməyə hazırlaşır. Mətbuat yazır ki, bu məsələdə daha çox "Fənərbaxça" azarkeşi kimi tanınan Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan da federasiyanı ciddi tədbirlər görməyə çağıran bəyanatla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə