Güləş üzrə Dünya kubokuna start verildi

Bu gün Bakıda sərbəst güləş üzrə böyüklər arasında Dünya Kubokuna start verilib.Siasport.az saytının məlumatına görə yarış "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilir.

Məlumat üçün bildirək ki, kubok uğrunda yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri də öz hünərlərini göstərəcək.

Xatırladaq ki, püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə