Xəbər verdiyimiz kimi, Unibank Premyer Liqasının sonuncu turunda "Xəzər Lənkəran" – "Qarabağ" qarşılaşması baş tutub. Siasport.az saytının məlumatına görə, oyundan sonra hər iki klubun baş məşqçiləri görüş haqda fikirlərini bildirib. Belə ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov sözə "Qarabağ"ın avrokuboklara çıxa bilməməsinə təəssüf etdiyini bildirməklə başlayıb: "Çox təəssüflənirəm ki, "Qarabağ" Avropa Liqasında çıxış etməyəcək. Amma bu futboldur. Biz məğlub olduğumuz halda özümüz kənarda qalacaqdıq. Özümüz vəziyyətimizi çətinə salmışdıq. Odur ki, "Qəbələ" ilə oyundan sonra ciddi olaraq bu oyuna hazırlaşırdıq. Oyunun çətin olacağını bilirdik. Qurban Qurbanovun komandasının gücünə hamı bələddir. Bu nəticəyə görə çox sevinirəm".
Məlumat üçün bildirək ki, bundan sonra çıxış edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov öz növbəsində həmkarını təbrik edərək, oyun haqqında düşüncələri ilə bölüşüb: "Xəzər Lənkəran"ı təbrik edirəm. Yunis müəllim, uzun fasilədən sonra yenidən iş başına qayıtdı və bu qələbə münasibətilə onu da təbrik edirəm. İnanıram ki, komandası Avropada uğurla çıxış edəcək. Oyuna gəldikdə isə, deməzdim hər hansı kobud səhvlərimiz oldu. "Xəzər Lənkəran" layiqli olaraq qələbə qazandı və onlarda hər şey alındı. İndi irəlini düşünməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB