Türkiyə Super Liqası finalının 6-cı həftəsində "Beşiktaş" "Trabzonspor"la üz-üzə gəlib. Siasport.az saytının məlumatına görə, Fiyapı İnönü stadionunda baş tutan super finalın 6-cı həftə oyunu "Trabzonspor" futbolçularının topa toxunuşu ilə başlayıb. Hər iki tərəf mübarizəni qarşılıqlı hücumlarla davam etdirib.
Məlumat üçün bildirək ki, matçın ilk təsirli hücumu "Beşiktaş"dan gəlib. Belə ki, 8-ci dəqiqədə Holoskonun qapıya istiqamətləndirdiyi topun qarşısını Tolqa məharətlə alıb. Birinci hissə ərzində qapılara bir neçə dəfə zərbə vurulsa da hesab açılmayıb. Bununla da ilk hissə qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, qarşılaşmada ilk qolun müəllifi "Beşiktaş" futbolçusu Holosko olub. O, görüşün 70-ci dəqiqəsində künc zərbəsindən vurulan topu qapıya qovuşdurub. Buna baxmayaraq, "Trabzonspor" çox gözlətmədən cavab qolunu vurub. Belə ki, mübarizənin 85-ci dəqiqəsində Olcan qapıya sərbəst vurduğu topla hesabı bərabərləşdirib. Beləliklə, oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB