Fatih Kavlak: “Komandama təşəkkür edirəm”- Münasibət

Fatih Kavlak: “Komandama təşəkkür edirəm”- Münasibət

Xəbər verdiyimiz kimi, Unibank Premyer Liqasının son turunda cari mövsümün çempionu \"Neftçi\" doğma azarkeşləri önündə \"Qəbələ\"yə minimal hesabla məğlub olub. Siasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Qəbələ" klubunun baş məşqçisi Fatih Kavlak oyuna münasibət bildirib: "Fikrimcə, bugünkü konfransın əsas mövzusu "Neftçi"nin çempion olmasıdır. "Neftçi"ni çempion olması münasibətilə bir daha təbrik edirəm. Avrokuboklarda bütün komandalara uğurlu çıxış etməyi arzulayıram. Futbolçuları bu oyuna kökləmək çətin idi. Lakin qələbə qazana bildik. Komandama təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə