Yığmanın heyətində dəyişiklik edilib

Xəbər verdiyimiz kimi, mayın 15-dən 19-a qədər Kişinyov şəhərində "FA of Moldova Cup" turniri təşkil olunacaq. Siasport.az saytının məlumatına görə, tunirdə iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Belə ki, "Neftçi" klubunun üzvü Ravil Məhəmmədov səhhəti ilə əlaqədar heyətdən çıxarılıb. Onun əvəzində isə "Qəbələ" klubunda çıxış edən İbrahim Aslanlı yığmaya dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə