Qvardiola: "Siz məni hələ tez-tez görəcəksiniz"

Qvardiola: "Siz məni hələ tez-tez görəcəksiniz"

Mövsümün sonunda "Barselona"dan ayrılacağını deyən baş məşqçi Xosep Qvardiola özünün qarşıdakı planlarından danışıb. O, həmçinin komandanın yeni çalışdırıcısı Tito Villanova barədə fikirlərini açıqlayıb.


"Mən bir il təmamilə kənarda olacam. Heç bir planım yoxdur. Hətta məşqçi olmaq planım da yoxdur. Nə iləsə məşğul olacam. Amma siz məni tez-tez görəcəksiniz", - deyən Qvardiola gələcəkdə Villanova ilə birgə işləyəcəyini deməyin çətinliyini vurğulayıb. Qvardiola onu da bildirib ki, "Barselona"nın yeni baş məşqçisi komandanı öz üzərinə götürməklə igidlik nümunəsi göstərib: "Hesab edirəm ki, Tito klubda uzun müddət olacaq".


Qeyd edək ki, "Barselona" Qvardiolanın rəhbərliyi altında sonuncu rəsmi matçına mayın 25-də çıxacaq. Həmin gün kataloniyalılar İspaniya kubokunun finalında Bilbao "Atletik"i ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə