“Coca-Cola Məktəbli kuboku”na yekun vurulub

“Coca-Cola Məktəbli kuboku”na yekun vurulub

Orta məktəblərin VII sinif şagirdləri arasında təşkil olunan "Coca-Cola Məktəbli kuboku" turnirinin 2011/2012-ci il mövsümünə yekun vurulub. Siasport.az saytının məlumatına görə, final mərhələsinin bütün oyunları Hövsan Olimpiya İdman Kompleksində keçirilib. Üçüncü yer uğrunda oyunda Bakının Sabunçu rayonundakı 67 saylı orta məktəbin komandası Gəncə şəhərindəki 20 saylı orta məktəbin komandasını 1:0 hesabı ilə məğlub edib. Finalda Bakının Səbail rayonundakı 163 saylı orta məktəbin komandası Mingəçevir şəhərindəki 15 saylı orta məktəbin komandası ilə görüşüb. 3:1 hesabı ilə qalib gələn 163 saylı məktəbin komandası "Coca-Cola Məktəbli kuboku" turnirinin 2011/2012-ci il mövsümünün qalibi adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə