Çinin Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatının püşkü atılıb. Boks Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, milli komandamızın hər iki üzvü – Ayzanat Hacıyeva (60 kq) və Yelena Vıstropova (75 kq) 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Hacıyeva ilk döyüşdə Hindistan nümayəndəsi Sarita Devi Laişramla üz-üzə gələcək. 30 yaşlı Hindistan boksçusu dəfələrlə Asiya çempionatının qalibi olub. O, 2001-ci ildən beynəlxalq yarışlara qatılır. Hacıyeva ilk döyüşünü qələbə ilə başa vursa, növbəti mərhələdə tanınmış Türkiyə boksçusu Gülsüm Tatarla qarşılaşacaq.
Qeyd edək ki, Tatar dünya və Avropa çempionudur. Vıstropova isə ilk döyüşünü belaruslu Viktoriya Kebikovaya qarşı keçirəcək. Əgər boksçumuz qalib gəlsə, 1/16 finalda onun rəqibi Braziliya idmançısı Roselli Feitosa olacaq. O, bu il Kanadada keçirilən Panamerika çempionatında 3-cü olub. Azərbaycan boksçuları ilk döyüşlərini sabah keçirəcəklər. Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatı mayın 19-a kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB