"Beşiktaş" klubuna transferi haqda ən çox danışılan ulduzlardan olan Sivok İstanbulda olduğu müddətdə yaşadıqlarından danışıb. Siasport.az saytının məlumatına görə, "Beşiktaş"la müqaviləsi başa çatacaq Tomas Sivok transferi ilə əlaqədar təəccüblü fikirlər deyib: "İstanbulun həyatımda fərqli yeri var. Burada ata oldum. Ailəmlə birlikdə çox xoşbəxtik. Qətiliklə ürəyim burada qalmaqdan yanadır. Ayrılmaq istəmirəm. Mən istəyimi açıq-aşkar bildirirəm. Fədakarlıq etməyə də hazıram. Artıq son sözü gələn həftə edəcəyimiz görüşlərdə qarşı tərəf söyləyəcək".
Qeyd edək ki, gələcəkdə də "Beşiktaş"da oynamaq fikrində olduğunu söyləyən Sivok sözlərinə belə əlavə edib: "Hər kəs bunu bilsin- yollar ayrılsa, bu mənim seçimim olmayacaq. Heç kimdən incimirəm, hörmətlə qarşılayaram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB