“Milan”dan “Neftçi”yə təbrik məktubu göndərilib

“Milan”dan “Neftçi”yə təbrik məktubu göndərilib
İtaliyanın \"Milan" klubunun rəhbərliyindən Flaqmana təbrik məktubu göndərilib. Siasport.az saytının klubun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, \"Milan\" klubunun vitse-prezidenti Adriano Qallianinin imzası ilə \"Neftçi\" PFK-nın prezidenti Sadıq Sadıqova göndərilən məktubda deyilir: \"A.C. Milan\" ailəsi adından Sizi 7-ci dəfə çempionluq titulu qazanmağınız münasibətilə təbrik edirik\".

Xatırladaq ki, \"Milan\" klubu ötən il də \"Neftçi\" PFK-ya çempionluq münasibəti ilə təbrik məktubu yollamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə