Mayın 12-də Lənkəran şəhər Mərkəzi stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Siasport.az saytının məlumatına görə, baş tutacaq qarşılaşmanın başlanma vaxtı dəyişib. Belə ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 11:00-da deyil, saat 14:00-da başlayacaq.
Xatırladaq ki, yığmalar arasında bundan öncə baş tutmuş oyunda Azərbaycan futbolçuları 4:0 hesablı qələbə qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB