İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim, şənbə günü "Fənərbaxça" ilə oynanılacaq derbi qarşılaşmasında komandasının yanında yer alacaq. Siasport.az saytı xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) hakimi təhqir etdiyi üçün üç oyunluq texniki zonadan kənarlaşdırılan "imperator" haqqında yeni qərar qəbul edib. Yıldırım Dəmirörənin prezident olduğu TFF, "Qalatasaray"ın baş məşqçisi haqqında çıxarılan 3 oyunluq cəzanı təxirə salıb. Baş məşqçi cəzasını gələn mövsüm çəkməli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB