Ümummilli Liderin xatirəsinə həsr olunmuş mini futbol turnirinə yekun vurulub
Məlumat üçün bildirək ki, həlledici qarşılaşmada 10-cu mikrorayonun komandası 17-ci mikrorayonun komandasını penalti zərbələri ilə üstələyərək çempion olub.
Qeyd edək ki, mükafatlandırma mərasimində "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, "Sumqayıt" Futbol Klubunun vitse-prezidenti Vaqif Ömərov, Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev, 11 saylı orta məktəbin direktoru Ofelya Babayeva, Sumqayıt Tarix Muzeyinin direktoru Olqa İsmayılova, Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər təşkilatının sədri Asif İmanəliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri Mətanət Məhərrəmova iştirak edib.
Qaliblərə kubok, diplom və pul mükafatı təqdim olunub. Turnirin çempionu adını qazanmış 10-cu mikrorayonun komandasına isə "Sumqayıt" Futbol Klubunun xüsusi hədiyyəsi verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB