Artıq əvəzedicilərin çempionatına yekun vurulub. Siasport.az saytının məlumatına görə, 2011-2012 mövsümünün son matçında "Qəbələ" doğma meydançada "Kəpəz"i qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənib və matç 1:1 hesabı ilə sona çatıb. Bu nəticədən sonra xallarının sayını 62-yə çatdıran Qəbələ təmsilçisi gümüş medallara sahib olub. İlk pilləyə isə 69 xalla "Neftçi" çıxıb. "Qəbələ"dən 8 xal az toplayan "İnter" bürünc medalları qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB